• EUR 2.0067  
  • USD 1.7  
  • RUB 0.0272

MAQAZİN

Xalq artisti qəzaya düşüb - VİDEO

  • 4362 dəfə
  • Tarix 13 İyun 2018 / 14:43
  • Yalçın UĞUR

Xalq artisti başına gələn qəzadan danışıb. Lent.az-ın məlumatına görə, aktrisa “Səhər-səhər” verilişində bildirib ki, başına gələn bir çox hadisələri mətbuatdan gizlədir:

“Mən bu yaxınlarda qəzaya düşdüm. Şükür edirəm ki, bu gün sağ-salamatam və sizin yanınızdayam. Əşi nə isə... O haqda danışmaq istəmirəm. Qətiyyən, xoşlamıram. Bir dəfə getdim ağır əməliyyat keçirdim, guya nə oldu ki?... İndi də elə bir ağır vəziyyətə düşdüm ki!... Allah kömək etsin insana. Bir də, yaxşı adamlara mənim canım qurban. Mən durub özümü reklam edən deyiləm ki, mən öldüm, mən yıxıldım, nə bilim nə oldum. Yetimə can-can deyən çox olar, çörək verən az olar. Atalar gözəl söz deyib. Qurban olum dövlətimə, vəssalam”.