• EUR 2.0067  
  • USD 1.7  
  • RUB 0.0272

SOSİAL

Ramazanın 28-ci gününün duası

  • 1043 dəfə
  • Tarix 13 İyun 2018 / 23:00
  • Lent.az

Bu gün müqəddəs ramazan ayının iyirmi səkkizinci günüdür.

 

Lent.az bu günün duasını sizlərə təqdim edir.

 

Allahım bu ayda mənim müstəhəbbi əməllərdən olan payımı çoxalt, məni istəkləri gerçəkləşdirməklə əzizlə, vasitələr içiərisində Sənə tərəf olan vasitəmi yaxınlaşdır, ey o kəs ki, israr edənlərin israrları Onu digərlərinə nəzər yetirməkdən saxlamır!

 

İmsak duası:

 

“Ya Rəbbim indi nə qədər sahura qalxan mömin varsa onların niyyətini qəbul et. Qalxmayanlara da niyyət nəsib et Rəbbim”

 

Orucu açan zaman oxunan dua:

 

 “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

 

 “Allahım! Sənin üçün oruc tutdum. Sənə iman etdim. Sənə güvənib dayandım. Ruzinlə iftar etdim. Bizdən bunu qəbul et. Şübhəsiz Sən, hər şeyi eşidən və bilənsən”

 

 “Susuzluq getdi. Damarlar islandı. İnşallah savab sabit oldu”

 “Ey bağışlaması bol olan Allahım! Məni, ana-atamı və bütün möminləri hesab günündə mağfirət et”

 

Allah dualarınızı qəbul etsin!