• EUR 2.0067  
  • USD 1.7  
  • RUB 0.0272

DÜNYA

Tramp hələ də Putinlə görüşmək istəyir

  • 615 dəfə
  • Tarix 14 İyun 2018 / 03:26
  • Lent.az

ABŞ prezidenti Donald Tramp bir daha Rusiyanın G-7-yə qayıtmasını, G-8 formatının bərpasını istədiyini bildirib.

 

 APA-nın məlumatına görə, bu barədə ABŞ lideri “Fox News” telekanalına müsahibəsində bildirib.

 

“G-7 sammitində vaxtımızın 25% Rusiyaya həsr etdik. Öz-özümə fikirləşdim, onlar burada olsaydı daha yaxşı olmazdı mı? Putinlə şəxsi görüşlərimiz beynəlxalq problemləri həll etməyə kömək edə bilərdi. Misal üçün, əgər Kanadada şam yeməyi zamanı Vladimir Putinlə bir masa arxasında oturub söhbət etsəydik, mən onu dünya üçün, onun özü üçün yaxşı qərarlar verməyə çağırardım. Telefonla danışmaqdansa şəxsi ünsiyyət qurmaq daha yaxşıdır”, deyə D.Tramp qeyd edib.