• EUR 2.0067  
  • USD 1.7  
  • RUB 0.0272

SOSİAL

"Bakı Metropoliteni" gücləndirilmiş rejimə keçir

  • 487 dəfə
  • Tarix 14 İyun 2018 / 10:20
  • Lent.az

15 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə ölkədə elan edilmiş 5 qeyri-iş günü ərzində, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, metropoliten gücləndirilmiş iş rejimində çalışacaq. QSC-dən Lent.az-a verilən məlumata görə, əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub. Həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub.