• EUR 1.9745  
  • USD 1.7  
  • RUB 0.0267

SOSİAL

Yeni nazirə hollandiyalı məsləhətçi təyin olundu

  • 1653 dəfə
  • Tarix 14 İyun 2018 / 10:49
  • APA
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.
 
 
 
“APA-Economics” xəbər verir ki, nazir İnam Kərimov holland mütəxəssis Martis van Splanteri özünə eksperimental pilot layihələr üzrə məsləhətçi təyin edib.
 
 
 
Martis van Splanter 1964-cü ildə Niderlandda, Drontendə fermer ailəsində anadan olub. 1984-1988 illər arası “Kənd təsərrüfatı və aqrobiznes” ixtisası üzrə bakalavr daha sonra isə magistr dərəcəsinə yiyələnib.
 
 
 
Aqrar siyasət planlaşdırılması, əkinçilik, heyvandarlıq və istixana şəraitində tərəvəz yetişdiriciliyi sahəsində hökumət təşkilatları, inkişaf bankları (FMO daxil olmaqla) və özəl sahədə layihələr üzərində ixtisaslaşıb.
 
 
 
Rusiya, Almaniya, Avstriyanın müxtəlif  bölgələrində bir sıra iri layihələrin tərəfdaş və meneceri olub.