• EUR 1.9745  
  • USD 1.7  
  • RUB 0.0267

SOSİAL

Bəxtiyar Məmmədov "Bakı Metropoliteni"nin şöbə rəisi təyin edildi

  • 1016 dəfə
  • Tarix 14 İyun 2018 / 11:11
  • Lent.az

Bu gündən Bəxtiyar Məmmədov “Bakı Metropoliteni” QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə başlayıb. Lent.az xəbər verir ki, bu barədə metropolitenin sabiq mətbuat katibi Nəsimi Paşayev facebook səhifəsində məlumat verib: “Mən metroya gələndə 5 ildir ki, orada idi. 4 il 3 ay bərabər işləmişik. Metronu məndən daha yaxşı bilir. Ən yaxşı köməkçim idi. 2017-ci ilin yanvarından şöbə rəisinin müavini idi. Yəni işi yaxşı bilir. Sadəcə ilk başda bir az çətin olacaq. Sədrin mətbuata və ictimaiyyətə münasibəti dəyişməyib. Deməli əlaqələr, operativlik əvvəlki qaydada olacaq. Sadəcə nəbzi tutmaq, vərdiş, risk və sair kriteriyaları nəzərə alın. İnanıram ki, münasibətlər daha da yaxşı olacaq".