• EUR 1.9745  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Dostunu evinə qonaq çağırıb dəfələrlə bıçaqladı - AĞIR CƏZA

  • 1652 dəfə
  • Tarix 14 İyun 2018 / 11:32
  • Səlcuq Elçin

Evinə qonaq gələn şəxsi qətlə yetirməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü İsgəndər Hüseynovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib

 

Prokuror çıxışında təqsirləndirilənin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Daha sonra prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, İsgəndər Hüseynov 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, qətl Lökbatan qəsəbəsində baş verib. Həmin ərazidə Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü İ.Hüseynov 1972-ci il təvəllüdlü tanışı İlqar Mirzəyevi bıçaqlayaraq öldürüb.

 

O, Lökbatan qəsəbəsində kirayədə yaşayırmış. Həmyerlisi İ.Mirzəyev həmin gün onun kirayədə yaşadığı evə qonaq gəlib. Yeyib-içən tanışlar sonda mübahisə ediblər. Daha sonra İ. Hüseynov evinə gələn qonağı dəfələrlə bıçaqlayıb.

 

Onu da qeyd edək ki,  İ.Hüseynov Moskvada saxta sənəd və narkotiklə bağlı 2006-cı ildə məhkumluq həyatı yaşayıb.