• EUR 1.9745  
  • USD 1.7  
  • RUB 0.0267

DÜNYA

Sökülən evdən 600 qızıl sikkə çıxdı - FOTO

  • 3242 dəfə
  • Tarix 14 İyun 2018 / 12:45
  • Lent.az

Fransanın Pont Aven kommunasında köhnə ev sökülərkən dəfinə tapılıb. Lent.az-ın 7sur7.be saytına istinadən xəbərinə görə, dəfinəni divarı uçuran fəhlələr aşkarlayıb. 600 ədəd qızıl sikkə I Dünya Müharibəsində istifadə edilmiş top mərmisinin gilizində gizlədilibmiş. Üzərində Belçika kralı II Leopoldun təsviri olan sikkələr Belçikada 1870-1882-ci illərdə zərb edilib. Dəfinənin dəyəri 200 min avrodur.

 

Polis tapıntını təhlükəsizlik məqsədi ilə götürüb. Fransa Mülki Məcəlləsinə görə dəfinənin yarısı onu tapana, yarısı isə torpağın (mülkün) sahibinə çatmalıdır. Ev sahibi babasının məşhur numizmat olduğunu bildirib.