• EUR 1.9745  
  • USD 1.7  
  • RUB 0.0267

SOSİAL

Bu ərazilərdə çimmək təhlükəlidir - RƏSMİ

  • 1735 dəfə
  • Tarix 14 İyun 2018 / 15:21
  • Yasəmən Bağırova

Respublika ərazisində yerləşən çimərliklərdə dəniz suyundan götürülən nümunələrin nəticələri məlum olub. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib: “Suyun tərkibi radioloji, kimyəvi və toksikoloji analizlərdən keçirilib. Məlum olub ki, Qaradağ rayonunun “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərində dəniz suyunun normadan dəfələrlə artıq çirklənməsi müşahidə edilib. Belə ki, bu çimərliklərdə suyun bağırsaq çöpləri ilə çirklənməsi normadan dəfələrlə artıqdır. Ona görə də, qeyd olunan bu ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır. Abşeron yarımadasının digər ərazilərindəki çimərliklərdə isə dəniz suyu normaldır və standartlara cavab verir”.

Z.Kazımov bildirdi ki, çimərliklərdə bu cür monitorinqlər oktyabr ayının 1-dək davam edəcək və ayda iki dəfə dəniz suyundan nümunələr götürüləcək.

Qeyd edək ki, artıq sabahdan Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə çimərlik mövsümü açıq elan edilir.