• EUR 2.0067  
  • USD 1.7  
  • RUB 0.0272

SOSİAL

Rezidenturaya qəbul imtahanının II mərhələsinə qeydiyyat başa çatır

  • 1006 dəfə
  • Tarix 14 İyun 2018 / 15:01
  • Lent.az

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başa çatır. Lent.az Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinə istinadən bildirir ki, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

 

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib bu gün saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

 

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

 

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 8-də keçiriləcəkdir.