• EUR 2.0067  
  • USD 1.7  
  • RUB 0.0272

SOSİAL

ETSN-nin plastik qablarla bağlı təşəbbüsünü təkrar emal müəssisələri dəstəklədi

  • 833 dəfə
  • Tarix 14 İyun 2018 / 18:34
  • Lent.az
 
 
İyunun 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində plastik tullantıların təkrar emalı ilə məşğul olan “Azərsun Holdinq”, “Metak”, “Azekol” şirkətlərinin və “Təmiz Şəhər” ASC-nin nümayəndələri ilə görüş keçirilib. 
 
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə plastik tullantıların idarə olunması, ətraf mühitə təsirlərinin azaldılması, çeşidlənməsi, təkrar emalı və mövcud vəziyyətdən çıxış yolları istiqamətində fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib. ETSN-nin təşəbbüsü ilə plastik tullantıların toplanması məqsədilə sifariş verilmiş xüsusi konteynerlərin Bakı şəhərindəki bir çox parklarda yerləşdirildiyi şirkət nümayəndələrinin diqqətinə çatdırılıb. Şirkət nümayəndələri nazirliyin bu təşəbbüsünə qoşularaq dəstək nümayiş etdirdiklərini, birgə təxirəsalınmaz tədbirlərin və bu sahədə maarifləndirmə işlərinin həyata keçirilməsində maraqlı olduqlarını qeyd ediblər. 
 
 
Yekunda plastik tullantıların ətraf mühitə yaratdığı problemlərin sivil yollarla aradan qaldırılması məqsədilə birgə tədbirlərin görülməsi barədə razılığa gəlinib.
ETSN hər kəsi plastik tullantıların idarə edilməsi işinə dəstək olmağa, onlardan istifadənin tədricən azaldılmasına və çeşidlənməsinə öz töhfələrini verməyə çağırır.