• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Ermənilər Qazaxda dinc sakini yaraladılar

  • 2350 dəfə
  • Tarix 15 İyun 2018 / 18:27
  • Lent.az

Qazax rayonunda gənc qadın ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Quşçu Ayrım kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Gülanə Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb.

 

Ailə üzvləri onun erməni silahlılarının açdığı atəş nəticəsində yaralandığını bildiriblər. Onların sözlərinə görə, G. Ağamalıyeva təmas xəttinə yaxın ərazidə quzu otararkən, ermənilər atəş açıb. Nəticədə o, xəsarət alıb.