• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

DÜNYA

Azər Süleymanov barəsində hökm çıxarıldı

  • 2210 dəfə
  • Tarix 15 İyun 2018 / 20:25
  • Lent.az

Gürcüstanın Rustavi şəhər məhkəməsi Marneuli insidentində adı hallanan azərbaycanlı deputat Azər Süleymanovla bağlı qərar qəbul edib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, deputat 4 min lari məbləğində cərimə olunub.

 

A. Süleymanova qarşı zorakılıq üzrə ittiham irəli sürülüb.

 

Məhkəmə qərarı ilə Marneuli insidentində adı keçən Ramin Allahverdiyev və Marneuli rayon başçısı Temur Abazovun qohumu da hər biri 4 min lari məbləğində cərimə olunub.