• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Tovuzda iki piyadanı maşın vurdu

  • 1288 dəfə
  • Tarix 15 İyun 2018 / 22:11
  • Lent.az

Tovuzda iki piyadanı avtomobil vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Abulbəyli kənd sakini, 2009-cu il təvəllüdlü Əmiraslanova Aylin Ruhin qızı kəllə beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə 9 yaşlı qızı rayon mərkəzində “VAZ” markalı avtomobil vurub.

 

Rayonun Əlimərdanlı kənd sakini 1960-cı il təvəllüdlü Cəfərov Həsən Əli oğlu da bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Onu kənd ərazisində yolu keçmək istəyərkən avtomobil vurduğu bildirilir.

 

Hər iki fakt üzrə araşdırma aparılır.