• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Ağdamda üç maşın toqquşdu

  • 1396 dəfə
  • Tarix 15 İyun 2018 / 23:13
  • Lent.az

Ağdamda zəncirvari yol qəzası baş verib.

 

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində, Heydər Əliyev prospektində baş verib.

 

“QAZ 2410” markalı “02 BO 629” qeydiyyat nişanlı  avtomobil “VAZ 2107” markalı “10 KC 236” qeydiyyat nişanlı maşınla toqquşub.

 

Zərbənin gücündən “VAZ” markalı avtomobil yol kənarında dayanan “VAZ 2106” markalı “56 BF 955” qeydiyyat nişanlı avtomobilə çırpılıb.

 

Nəticədə bir nəfərin xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.