• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Marketdən oğurluq edənlər tutuldu

  • 1403 dəfə
  • Tarix 16 İyun 2018 / 03:49
  • Lent.az

Mingəçevir şəhərində oğurluq hadisəsi baş verib.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, hadisə təxminən 16-18 yaşlarında olan 4 gənc tərəfindən Aydın Məmmədov küçəsində yerləşən “Zaur” marketdə törədilib. Oğurluq market açıq olan zaman olub və müşahidə kameralarına düşüb.

 

Mingəçevir polisi faktla bağlı əməliyyat keçirərək şübhəli şəxsləri "isti izlər"lə yaxalayıb.

 

Məlum olub ki, onların bir qismi satıcını məşğul edib, digərləri isə öz niyyətlərini həyata keçiriblər. Lakin naşılıqları səbəbindən marketdəki müşahidə kameralarından xəbərsiz olublar.

 

Faktla bağlı araşdırma aparılır.