• EUR  
  • USD  
  • RUB

İDMAN

Kriştianu Ronaldo: “Karyeramın ən gözəl anlarından biri idi”

  • 1598 dəfə
  • Tarix 16 İyun 2018 / 11:19
  • ApaSport

“Karyeramın ən gözəl anlarından biri idi. Çox sevincliyəm. Ən gözəl performanslarımdan birini göstərdim. Amma əsas komandanın necə oynamasıdı”. Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo deyib.

 

Komandasının kapitanı Rusiyada keçirilən dünya çempionatının qrup mərhələsinin I turu çərçivəsində İspaniya ilə oyunlarını şərh edib. O bildirib ki, 3:3 hesablı nəticə ədalətlidi: “Gözəl bir komanda ilə qarşılaşmada 2 dəfə önə keçdik. Lakin üstünlüyümüzü qoruya bilməyib, geri düşdük. Sonadək təslim olmadıq, savaşdıq. Nəticədə görüşü heç-heçə bitirdik. Məncə, ədalətli bir yekundu”.

 

İspaniya ilə matçda het-trik edən futbolçu mundialdakı şanslarını da dəyərləndirib: “Favorit deyilik, amma liderlərdən biriyik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.