• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Xalasının evindən oğurluq edən şəxs həbs edildi

  • 1309 dəfə
  • Tarix 16 İyun 2018 / 11:48
  • Lent.az

 

Xalasının evindən oğurluq edən şəxs və tanışı həbs edilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, iyun ayının 13-də Quba rayon Polis Şöbəsinə  rayon ərazisindəki evlərin birindən oğurluq edildiyi barədə məlumat daxil olub. RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olmaqla, oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Fərid Kərimov və  Məmmədşah Rüstəmov saxlanılıb.

Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər, zərərçəkənin evinə gizli yolla girərək oradan ümumi dəyəri 3000 manat dəyərində olan qızıl-zinət əşyaları və 60 manat nağd pulu  götürdüklərini, oğurladıqları qızıl-zinət əşyalarını Sumqayıt şəhərində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Aparılan istintaq araşdırmaları zamanı Fərid Kərimovun digər cinayət əməlinin də üstü açılıb. Belə ki, o, 2017-ci ildə həmin ünvandan xalasına məxsus 2000 manat pulu gizli yolla talayaraq oğurluq edib

Faktla bağlı araşdırma aparılır.