• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

MAQAZİN

Roza Zərgərli maşından niyə imtina etdi? - “Hər şey göründüyü kimi deyil”

  • 8927 dəfə
  • Tarix 16 İyun 2018 / 12:17
  • Lent.az

“Maşın” realiti-şousunun builki qalibi Roza Zərgərli böyük mükafat olan maşından imtina edib.

 

Lent.az-ın "Qafqazinfo"-ya istinadən məlumatına görə, müğənninin bu addımı hər kəs tərəfindən çaşqınlıqla qarşılanıb.

 

Onun bu addımı nə üçün atdığı bilinməsə də, sənətçi həmin görüntüləri İnstaqram hesabında paylaşaraq qısa bir şərh verib.

 

Həyatda hər şeyin göründüyü kimi olmadığını vurğulayan Zərgərli hər kəsə təşəkkür edib: “Mən bu mübarizəni qazandım. Bu, həm mənim, həm də sizin sevginizin uğurudur”.

 

Qeyd edək ki, xalq artisti Murad Dadaşov maşının aqibəti haqda yaxın günlərdə ictimaiyyətə məlumat veriləcəyini bildirib.