• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Bakıda liftdə qalan 11 nəfər xilas edilib

  • 1579 dəfə
  • Tarix 16 İyun 2018 / 19:05
  • Lent.az

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 6 nəfər, Nizami rayonunda 4 nəfər və Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

 

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

 

Əməliyyatlar başa çatıb.