• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Üç uşaq atasını "tok" vurub öldürdü

  • 4047 dəfə
  • Tarix 16 İyun 2018 / 22:22
  • Lent.az

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 21:30 radələrində rayonun Çərəkə kəndində qeydə alınıb. Kənd sakini, 1968-ci il təvəllüdlü Habil Həmidov yaşadığı evin həyətində su motorunu işə salarkən ehtiyatsızlıq edib və kəsilmiş naqildə olan elektrik cərəyanı onu vurub. Hadisə nəticəsində 3 uşaq atası Habil Həmidov dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.