• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Paşinyan Qarabağa gedib

  • 2229 dəfə
  • Tarix 17 İyun 2018 / 06:37
  • Lent.az

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan təmas xəttindəki mövqelərə baş çəkib.

 

“Baş nazir təmas xəttindəki mövqelərdə mühəndis infrastrukturları və istehkamlar, habelə müdafiənin təşkili üçün yeni texnologiyalarla tanış olub”, - deyə Ermənistan hökumətinin məlumatında bildirilir.   

 

Nikol Paşinyanı Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan, fErmənistanın müdafiə naziri və baş qərargah rəisi müşayiət edib.