• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

SİYASƏT

ATƏT-dəki səfirlər Azərbaycana gələcək

  • 1278 dəfə
  • Tarix 17 İyun 2018 / 21:42
  • Lent.az

ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana gələcək.

 

APA-nın ATƏT-ə istinadən verdiyi məlumata görə, səfər Cənubi Qafqaza səfər çərçivəsində gerçəkləşəcək.

 

İyunun 18-dən 22-dək davam edəcək səfər Ermənistandan başlayacaq. Nümayəndə heyəti daha sonra Gürcüstana səfər edəcək. Qrupun sonuncu səfəri Azərbaycana olacaq. 

 

Hər 3 ölkədə səfirlər ölkə rəhbərlikləri, parlament nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəklər. Bildirilir ki, səfərin məqsədi səfirlərin ATƏT öhdəlikləri və prinsiplərinə uyğun olaraq stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirməsidir.