• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

İDMAN

DÇ-2018: Almaniya məğlub oldu

  • 2138 dəfə
  • Tarix 17 İyun 2018 / 22:02
  • Lent.az

DÇ-2018-də “F” qrupunun ilk görüşü keçirilib.

 

APA-nın məlumatına görə, Moskvadakı "Lujniki" stadionunda dördqat dünya çempionu Almaniya Meksika millisi ilə üz-üzə qəlib. 

 

Meksika millisinin oyunçusu Hirvinq Lozano qarşılaşmanın 35-ci dəqiqəsində hesabı açıb. İkinci hissədə hesab dəyişməyib. Beləliklə, Almaniya millisi mundiala məğlubiyyətlə başlayıb.

 

Almaniya – Meksika - 0:1

Qol: Irvinq Losan, 35

Hakimlər: Alireza Faqani, Reza Suhandan, Mohammedreza Mansuri (hamısı İran), Mohammed Mohammed (BƏƏ)

Moskva. “Lujniki” stadionu