• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Hacıqabulda ağır qəza: ölən və yaralanan var - YENİLƏNİB

  • 3576 dəfə
  • Tarix 18 İyun 2018 / 07:30
  • Lent.az

Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. “Tofaş” markalı "10 CC 011" dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir aralığa çırpılıb. Nəticədə sürücü Lerik sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 3 yaşlı uşağı isə  xəstəxanaya yerləşdirilib.  

 

Faktla bağlı araşdırma aparılır.