• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Polis avtomobil oğrularını yaxaladı

  • 1757 dəfə
  • Tarix 18 İyun 2018 / 11:48
  • Lent.az

İyunun 15-də Şəmkir və Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Məmmədov saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, o, Şəmkir rayon sakini Mehman İsmayılovun “VAZ-21099” markalı avtomobilini qaçırmaqda şübhəli bilinir. Ətrafında aparılan tədbirlərlə onun mayın 27-də daha bir  “VAZ” markalı avtomobili də qaçırması müəyyən edilib.

 

Abşeron rayon sakini  Elşən Səfərovun “Daewoo” markalı avtomobilini rayon ərazisindən qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Təbriz Əhmədzadə saxlanılıb. O, iyunun 15-də Əlahiddə Çevik Polis Alayının və Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil Binə qəsəbəsinin ərazisində tapılıb.