• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

6 tona yaxın çətənə kolu aşkarlandı

  • 1413 dəfə
  • Tarix 18 İyun 2018 / 10:30
  • Lent.az

Yabanı halda bitmiş ümumi çəkisi 5 ton 796 kiloqram çətənə kolu aşkar edilərək məhv edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Lerik RPŞ-nin əməkdaşları tərəfindən Orand kəndi ərazisində yabanı halda bitmiş ümumi çəkisi 4 ton 596 kiloqram olan 13825 ədəd çətənə kolu aşkar edilib.

Həmçinin Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Lənbəran kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 1 ton 200 kiloqram olan 1 422 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.