• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

DÜNYA

ABŞ Cənubi Koreyada hərbi təlimləri dayandırır

  • 1012 dəfə
  • Tarix 19 İyun 2018 / 01:52
  • Lent.az

Cənubi Koreya və ABŞ Koreya yarımadasında avqust ayına planlaşdırılan  “Ulchi Freedom Guardian” birgə hərbi təlimləri təxirə salmağa qərar veriblər.

 

APA-nın məlumatına görə, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Müdafiə nazirliyinə istinadən məlumat verib.

 

“Cənubi Koreya və ABŞ avqustda keçirilməsi nəzərdə tutulan "Ulchi Freedom Guardian" hərbi təlimləri üzrə bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul ediblər” məlumatda deyilir.

 

Qeyd edək ki, Sinqapur sammitindən sonra ABŞ prezidenti Donald Tramp Cənubi Koreya ilə müştərək hərbi təlimləri dayandırmaq barədə vəd verib.