• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

MAQAZİN

Emin Ağalarov Bakıda telekanal açmaq istəyir

  • 2326 dəfə
  • Tarix 19 İyun 2018 / 02:42
  • Lent.az

Xalq artisti Emin Ağalarov Bakıda "Jara" adlı telekanal və radio açmaq istəyir.

 

Axşam.az xəbər verir ki, bu barədə ifaçı "Sputnik"ə müsahibəsində söyləyib.

 

Eminin fikrincə, "Jara" telekanalının Bakıya inteqrasiyası burada yerli Azərbaycan prodakşınını gücləndirə bilər. Eyni zamanda azərbaycanlı ifaçılar "Jara" festivalında çıxış etməklə Rusiyanın Birinci kanalına çıxa bilərlər.

 

"Biz sənətçilərimizi təşviq etməliyik. Azərbaycanın xaricində bunu etmək üçün isə onlar türklər kimi yaradıcılıq, repertuar, prodakşn səviyyəsini yüksəltməli, beynəlxalq məhsul yaratmalıdılar. Məsələn, Türkiyənin öz Tarkanı, Rafet El-Romanı var ki, onlar da ölkə xaricində çox məşhurdurlar. Bunun üçün bizdə də bütün imkanlar var, bizə yalnız media resursları lazımdır", - deyə Ağalarov bildirib.