• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

16 yaşlı oğlan çayda batıb -Yevlaxda

  • 1092 dəfə
  • Tarix 19 İyun 2018 / 09:09
  • Lent.az
Yevlaxda bir nəfər çayda batıb.
 
 
 
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 18 iyun 2018-ci il tarixində Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun batması barədə məlumat daxil olub.
 
 
 
Bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.