• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

DÜNYA

Ermənistanda hərbi maşın aşdı - xəsarət alanlar var

  • 1389 dəfə
  • Tarix 19 İyun 2018 / 20:16
  • Lent.az

Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb, 5 hərbçi xəsarət alıb

 

Ermənistanın Ararat vilayətində Müdafiə Nazirliyinə məxsus “Ural” markalı hərbi avtomobil aşıb.  

 

APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə  görə, qəza nəticəsində 5 hərbçi xəsarət alıb.

 

Xəsarət alanlar  Ermənistan Müdafiə Nazirliyinin mərkəzi kliniki hospitalına yerləşdirilib.

 

Qəzanın səbəbləri araşdırılır.