• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Zaqatala sakini dəhşətli hadisə nəticəsində öldü

  • 4443 dəfə
  • Tarix 19 İyun 2018 / 21:23
  • Lent.az

Zaqatalada 44 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Fındıqlı kəndində baş verib. Kənd sakini, 1974-cü il təvəllüdlü Əziz Hafiz oğlu Osmanov səhər saatlarında yaşadığı ünvanda mühərrikli elektrik çarxı ilə balta itiləyən zaman daş iki hissəyə parçalanıb. Çarxdan çıxan daş parçalarından biri sürətlə Əziz Osmanovun başına dəyib. Nəticədə ağır açıq kəllə-beyin travması alan Əziz Osmanov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

MRX-dan APA-ya bildirilib ki, Əziz Osmanov səhər saat 10 radələrində xəstəxanaya daxil olub.

 

Həkimlərin səyinə baxmayaraq Əziz Osmanov saat 16 radələrində aldığı ağır kəllə-beyin xəsarətindən ölüb.

 

Faktla bağlı araşdırma aparılır.