• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

DÜNYA

London metrosunda partlayış olub

  • 1587 dəfə
  • Tarix 20 İyun 2018 / 01:19
  • Lent.az

London metropoliteninin “Southgate” stansiyasında partlayış baş verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə London polisinin “Tvitter” səhifəsində bildirilir.

 

Polisin məlumatına görə, partlayış yerli vaxtla 19.03-də (Bakı vaxtı ilə 22.03-də) baş verib.   

 

İnsident nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralananların sayı dəqiqləşdirilir.  

 

Partlayışın səbəbləri araşdırılır.