• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

"Porsche" "London Taxi" ilə toqquşdu

  • 1876 dəfə
  • Tarix 20 İyun 2018 / 08:04
  • Lent.az

Gecə saatlarında Bakının Nəsimi rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın  xəbərinə görə, avtoqəza Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

 

Yol qəzasında "Porsche" markalı minik maşını ilə "Geely" markalı taksi avtomobili toqquşub.

 

Məlumata görə, "Porsche" Füzuli küçəsi ilə eyni adlı meydan istiqamətində hərəkət edirmiş. "London Taxi" avtomobili isə S.Vurğun küçəsi ilə gələn zaman yol ayırıcısında onun qarşısına çıxıb. Toqquşmadan sonra avtomobillər beton arakəsmələrə də dəyib. Nəqliyyat vasitələrinə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

 

Hadisənin səbəblərinə gəlincə, sürücülər bunu S.Vurğun küçəsini Füzuli küçəsi ilə ayıran işıqforun işləməməsi ilə əlaqələndirib.

 

Hadisənin təfərrüatları polis tərəfindən araşdırılır.