• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

SİYASƏT

"Dağlıq Qarabağ problemi təcili siyasi həllini tapmalıdır" - Avropa İttifaqı

  • 1526 dəfə
  • Tarix 20 İyun 2018 / 09:36
  • APA

Dağlıq Qarabağ problemi beynəlxalq qanunvericiliyin norma və prinsipləri çərçivəsində təcili həll olunmalıdır”.

 

APA-nın xəbərinə görə, bu, Avropa İttifaqının rəsmi saytında dərc olunan Ermənistan-Avropa İttifaqımünasibətləri haqqında sənəddə qeyd olunur.

 

“Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitlik və tərəqqiyə mane olur. Avropa İttifaqı hesab edir ki, münaqişə təcili şəkildə siyasi yolla həllini tapmalıdır. 2003-cü ildən etibarən Avropa İttifaqının xüsusi nümayəndəsi qurumla region ölkələri arasında dialoqun təşviqinə çalışır. Avropa İttifaqı, o cümlədən, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə vasitəsi ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərini dəstəkləyir və tamamlayır”, - deyə sənəddə əlavə edilib.