• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Yatdığı yerdə şəkillərini çəkən iş yoldaşını öldürdü – MƏHKƏMƏ İŞİ

  • 2335 dəfə
  • Tarix 20 İyun 2018 / 11:21
  • Səlcuq Elçin

İş yoldaşını yersiz zarafata görə öldürməkdə təqsirləndirilən Anar Əsgərov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə iyulun 4-də  davam edəcək.

 

Qeyd edək ki, qətl ötən il Neft Daşlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsində baş verib. Həmin idarənin  fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

 

Nəticədə A.Əsgərov A.Xalıqova bıcaqla xəsarət yetirib. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib.

 

Dərhal A. Əsgərov saxlanılıb.

 

Məlum olub ki, A. Xalıqov A. Əsgərovun yatdığı yerdə şəkillərini çəkib tanışlarına göndərirmiş. Bundan qəzəblənən A. Əsgərov iş yoldaşını şit zarafat etməməyə çağırıb. Lakin A. Xaliqov zarafatları davam edib. A. Əsgərov isə A. Xaliqovu bıçaqlayıb.