• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

İDMAN

"Real"dan yayın ilk transferi

  • 1992 dəfə
  • Tarix 20 İyun 2018 / 13:26
  • Lent.az

“Real” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, “Zarya”nın qolkiperi Andrey Lunin karyerasını Madrid klubunda davam etdirəcək.

Ukrayna klubu transfer müqabilində 8,5 milyon avro qazanacaq. Bununla yanaşı, Luninin çıxışından asılı olaraq, 4 milyon avro bonus da nəzərdə tutulub.

19 yaşlı qapıçı “Real”ın yeni mövsüm öncəsi ilk təlim-məşq toplantısına qatılacaq.

Qeyd edək ki, Andrey Luninin təcrübə qazanmaq üçün icarəyə verilməsi gündəmdədi.