• EUR  
  • USD  
  • RUB

İDMAN

“Neftçi”nin “bənövşəyi” rəqibi:  “Uypeşt”i yaxından tanıyaq

  • 1432 dəfə
  • Tarix 20 İyun 2018 / 19:15
  • Lent.az

“Neftçi” Avropa Liqasının I təsnifat mərhələsində Macarıstanın “Uypeşt” komandasına rəqib olub. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın rəqibinin tarixi qədimdi.

 

1885-ci ildə yaradılan Budapeşt təmsilçisi 1905-ci ildə Macarıstanın birinci divizionuna yüksəlib və o gündən bəri cəmi bir dəfə (1910-11 mövsümü) liqanı tərk edib. “Bənövşəyilər” ardıcıl 102 il əsas çempionatın iştirakçısı olublar. “Uypeşt” 20 dəfə Macarıstan çempionatının, 10 dəfə ölkə kubokunun, 3 dəfə isə Superkubokun qalibi olub. Komandanın sonuncu ölkə çempionluğu 1997-1998 mövsümünə təsadüf edir.