• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Gömrük Akademiyasında yekun dövlət attestasiyası keçirilir

  • 1389 dəfə
  • Tarix 20 İyun 2018 / 19:36
  • Lent.az
Dövlət Gömrük Komitəsinin Akademiyasına 2014-cü ildə bakalavr səviyyəsi üzrə qəbul olunmuş tələbələrin yekun dövlət attestasiyası (buraxılış işinin müdafiəsi) keçirilir.
 
Lent.az-ın məlumatına görə, bu il Akademiyanın iqtisadiyyat ixtisası üzrə 20, hüquqşünaslıq ixtisası üzrə isə 17 tələbəsinin təhsili başa vurması gözlənilir.
 
İyunun 20-də iqtisadiyyat ixtisası üzrə ilk buraxılış işlərinin müdafiəsi həyata keçirilib.
 
Yekun dövlət attestasiyasından öncə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev çıxış edərək imtahan iştirakçılarına uğurlar diləyib, gənclərə harada olmalarından asılı olmayaraq vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə edib.
 
Yekun dövlət attestasiyasının ilk günü 6 tələbə müvəffəqiyyət qazanıb.
 
Qeyd edək ki, iqtisadiyyat ixtisası üzrə komissiyanın sədri Vergilər naziri Mikayıl Cabbarov, hüquqşünaslıq ixtisası üzrə komissiyanın sədri isə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdir.
 
İmtahan Komissiyasının üzvləri isə Dövlət Gömrük Komitəsinin sədr müavinləri, idarə rəisləri, eyni zamanda digər ali təhsil müəssisələrinin müəllimləridir.
 
Xatırladaq ki, yekun qiymətləndirməyə əsasən, tələbələrin biliyi sonuncu dəfə dəyərləndiriləcək, bununla da onlar təhsillərini başa vuraraq diplom alacaqlar.
 
Buraxılış işlərinin müdafiəsi üzrə qiymətləndirmə iyunun 22-də başa çatacaq.