• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Bakıda bankomatdan pul çıxaran gənc öldürüldü - RƏSMİ MƏLUMAT - YENİLƏNİB

  • 6135 dəfə
  • Tarix 21 İyun 2018 / 12:08
  • Lent.az

Daxili İşlər Nazirliyi Bakı şəhərinin Sabunçu rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında orada satıcı işləyən Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları, qəsəbə sakinləri Vüqar Hüseynzadəyə və Kənan Səlimova bıçaqla xəsarət yetirib. Çoxsaylı xəsarət almış V.Hüseynzadə hadisə yerində ölüb, K.Səlimov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılıb.

 

 

 

*****

 

03:30

 

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində qətl törədilib.

 

APA-nın məlumatına görə, hadisə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava zamanı qeydə alınıb.

 

Qəsəbənin girişindəki marketin qarşısında 22 yaşlı Vüqar adlı qəsəbə sakininə tanımadığı şəxslər hücum edib. Bu vaxt onun yanında dostu, 1997-ci il təvəllüdlü Səlimov Kənan Nəsimi oğlu da olub və dostlar həmin ünvanda yerləşən bankomatdan pul çıxararaq evə gedirmişlər. K.Səlimov tərəfləri ayırmağa çalışıb, ancaq naməlum şəxslər hər iki oğlana bıçaqla xəsarətlər yetirib.

 

Vüqarın yaxınları bildirib ki, ən çox zərbələr bankomatdan pul çıxaran Vüqara dəyib. Nəticədə Vüqar yerində keçinib, hadisəni törədənlər isə pulu götürərək ərazidən uzaqlaşıblar. Xəsarət almış K.Səlimov ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Hadisə yerinə polis və prokurorluq nümayəndələri gəlib. Ərazidə müayinələr aparılıb. Qətli törədənlərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.