• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

SOSİAL

Hərbi parada görə 14 marşrutun istiqaməti dəyişdirilir - Əhalinin DİQQƏTİNƏ!

  • 3701 dəfə
  • Tarix 21 İyun 2018 / 10:02
  • Lent.az
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi parad və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq Neftçilər prospekti – Azneft dairəsi və ətraf küçələrdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
 
 
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin Lent.az-a verdiyi xəbərə görə, 24-26 iyun tarixlərində mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 65, 88, 125, 175 və H1 (Hava limanı-28 may metrostansiyası ekspres xətti) marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.
 
 
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə xalqımızı və qüdrətli Ordumuzun bütün şəxsi heyətini Bakı Nəqliyyat Agentliyinin kollektivi adından təbrik edir, güclü dövlətin güclü ordusu olaraq düşmən üzərində daha parlaq və qətiyyətli qələbələr arzu edirik.