• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

SOSİAL

Bakıda bu avtomobil yolu da bağlanır - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

  • 1546 dəfə
  • Tarix 21 İyun 2018 / 10:53
  • Lent.az

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək  Abşeron rayonu, Masazır-Novxanı yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

 

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.