• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Türkiyə zəmanət verdi: "Heç bir isgəncə..."- FETO-çun işi

  • 1109 dəfə
  • Tarix 21 İyun 2018 / 11:00
  • Səlcuq Elçin

Azərbaycanda həbs edilən FETO təşkilatına üzv olmaqda təqsirləndirilən İsa Özdəmirin ölkəsinə eskradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin nümayəndəsi çıxış edib. O bildirib ki, Türkiyə tərəfi yazılı zəmanət məktubu göndərib: "Onlar şəxsin heç bir işgəncəyə və yaxud qeyri insani rəftara məruz qalmayacağına zəmanət veriblər. Həmçinin tutulan şəxsə normal saxlanma şəraiti yaradılacaq. Türkiyə tərəfi bildirib ki, İsa Özdəmir öz ölkəsinə eksradisya olunacağı təqdirdə bütün hüquqları qorunacaq".

 

İsa Özdəmirin vəkili çıxış edərək müvəkkili BMT-dən sığınacağ alıb. Onlar həmin vəsiqəni məhkəməyə təqdim ediblər.

 

Hakim bildirib ki, Türkiyə tərəfinin zəmanəti də məhkəməyə də daxil olub: "Həmin sənədin təsdiq olunmuş sürətinin tərəflərə verilməyib. Bu səbəbdən məhkəmə təxirə salınır".

 

Proses iyulun 4-ə təyin edilib.

 

Qeyd edək ki, İsa Özmedir Fətullahçı Terror təşkilatına üzv olmaqda ittiham edilir. O, 1993-cü ildən Azərbaycanda yaşayıb.

 

Lakin Türkiyə tərəfi onun barəsində axtarış elan edib. O, Bakıda saxlanılıb. Türkiyə tərəfini onun ölkəsinə təhvil verilməsini tələb edib.