• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

SOSİAL

Qənirə Paşayeva 5 ölkənin qadın nazirləri ilə görüşüb

  • 990 dəfə
  • Tarix 21 İyun 2018 / 11:01
  • Lent.az

Millət vəkili Qənirə Paşayeva Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Maitha Əl Şəmsi, Tuvalunun xarici işlər naziri Puakena Boreham, Palaunun dövlət naziri Faustina K. Rehuher-Marugg, Samoanın qadın, icma və sosial inkişaf məsələləri üzrə naziri Failalotoa Kika Lemaima Stouers və Vyetnamın dövlət naziri ilə görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkili görüş zamanı onlara Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib. Q.Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur. Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb.

 

Müzakirələr zamanı millət vəkili onlara ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb.  Bütün müsəlman şərqində qurulan ilk demokratik, parlamentli cümhuriyyət olan ölkəmiz barədə, onun iqtisadi inkişafı, potensialı, mədəniyyəti barədə də geniş məlumatlar verən millət vəkili onları Azərbaycana dəvət edib.