• EUR  
  • USD  
  • RUB

SOSİAL

Qəbul imtahanında orta bal 62 bal yüksəlib

  • 1787 dəfə
  • Tarix 21 İyun 2018 / 11:48
  • Yasəmən Bağırova

2014-cü ildə 6 yaşdan yuxarı uşaqların məktəbə gec başlaması halları 12 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 6 faiz olub. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin 2017-2018-ci tədris ilində gördüyü işlərə həsr olunmuş hesabat tədbirində çıxış edən Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev deyib.

 

Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycanda təhsil alan şagirdlərin sayı 1522487 nəfər olub. Ən çox şagirdi olan rayon Sabunçu (62374), ən az şagirdi olan rayon Sədərəkdir (1287).

 

E. Əmrullayev bildirib ki , 2017-ci ildə ali məktəbə qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal yüksələrək 177-dən 239-a yüksəlib. O əlavə edib ki, 2017-ci ilin qəbul imtahanlarında cari ilin məzunlarının 44 faizi 200 baldan az toplasa da, bu göstərici əvvəlki illərdə məzun olmuş abituriyentlərdə 65 faiz olub: "Lakin 200-dən yuxarı bal toplayanların çəkisinin illər üzrə dinamikasına baxdıqda bu faizin əhəmiyyətli dərəcədə artdığını görmək olar. Sevindirici haldır ki, hər il qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı artır".