• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

SOSİAL

Azərbaycanda 1500 məktəbdə şagird sayı 100-dən aşağıdır

  • 1026 dəfə
  • Tarix 21 İyun 2018 / 11:58
  • Yasəmən Bağırova

Azərbaycanda 4500 məktəb var və onlardan 1500-də şagirdlərin sayı 100-dən azdır.

 

Lent.az-ın məlumatına görə, bunu Təhsil institutunun direktor əvəzi Emin Əmrullayev 2017-2018-ci tədris ili bağlı Təhsil Nazirliyinin hesabat tədbirində deyib.

 

Onun sözlərinə görə, 2500 məktəbdə 200 və daha aşağı, 1500 məktəbdə isə 100-dən aşağı şagird təhsil alır.

 

E. Əmrullayev qeyd edib ki, ötən illə müqayisədə təmayülləşmə üzrə məktəb sayı 6 dəfə, sinif və şagird sayı isə 4 dəfə artıb: "Azərbaycanda pilot olaraq 27 min şagird təmayülləşməyə cəlb olunub. Bunun nəticələrini yaxın illərdə görəcəyik".