• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Bakıda məşhur marketin işçiləri dalaşdı - Ölən var

  • 4074 dəfə
  • Tarix 21 İyun 2018 / 14:00
  • Lent.az
Bakıda məşhur marketin işçiləri arasında yaşanan insident ölümlə nəticələnib.
 
Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında orada satıcı işləyən Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları, qəsəbə sakinləri Vüqar Hüseynzadəyə və Kənan Səlimova bıçaqla xəsarət yetirib. Çoxsaylı xəsarət almış V.Hüseynzadə hadisə yerində ölüb, K.Səlimov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
 
S.Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılıb.