• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Azərbaycanda bu universitetin girişində sütunlu tavan çökdü

  • 2471 dəfə
  • Tarix 21 İyun 2018 / 18:15
  • APA
Bu gün saat 15:30-da Sumqayıt Dövlət Universitetinin (SDU) əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavanı çökərək yararsız vəziyyətə düşüb.
 
 
 
Bu barədə APA-ya SDU-nun mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli məlumat verib.
 
 
 
O bildirib ki, öncədən əmələ gələn çatlar nəzərə alınaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb.  
 
 
 
N. Cəlilli qeyd edib ki, hadisə barədə müvafiq strukturlara məlumat verilib.