• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

İDMAN

Fred “Mançester Yunayted”də - RƏSMİ

  • 992 dəfə
  • Tarix 21 İyun 2018 / 19:19
  • ApaSport

“Şaxtyor”un sabiq yarımmüdafiəçisi Fred karyerasını “Mançester Yunayted”də davam etdirəcək. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, saziş əlavə 1 il uzadıla bilər.

 

Keçidin detalları açıqlanmasa da, “Mançester Yunayted”in Fredə görə klubuna 60 milyon avro ödədiyi bildirilir.

Fred Braziliya millisinin dünya çempionatında İsveçrə ilə oynadığı matçı zədə səbəbindən buraxmışdı. Onun Kosta-Rika ilə görüşdə meydana çıxmaq ehtimalı var.