• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

DÜNYA

ABŞ YPG-nin Mənbicdən çıxmasını şərh etmir

  • 870 dəfə
  • Tarix 22 İyun 2018 / 05:14
  • Lent.az

ABŞ Dövlət Departamenti YPG dəstələrinin Suriyanın Mənbic şəhərini tərk etmə tarixini şərh etmir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.  

 

“Deyə bilərəm ki, onlar (YPG dəstələri) ABŞ-Türkiyə razılaşması çərçivəsində Mənbici tərk etməyə razılıq veriblər, lakin mən onların hazırda harada olduğunu deyə bilmərəm”, - deyə Hezer Nauert bildirib. H.Nauert həmçinin YPG dəstələrinin şəhərdən çıxma tarixini açıqlamaqdan boyun qaçırıb.  O, bu suallara cavab tapmaq üçün jurnalistlərə birbaşa YPG-yə müraciət etməyi məsləhət görüb.     

 

Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu YPG dəstələrinin iyulun 4-dək Mənbici tərk edəcəklərini bildirib.